...

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat Materials 22 İyul 2021 14:40 (UTC +04:00)
Azərbaycan nefti bahalaşıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 21-də 72,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,76 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 71,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,77 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,78 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 72,27 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,65 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

(Автор: Садраддин Агджаев. Редактор: )

Twitter: agdzhaev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti