...

Azərbaycan banklarında məlumatların təhlükəsizliyi necə qorunur?

İqtisadiyyat Materials 7 Sentyabr 2021 21:00 (UTC +04:00)
Azərbaycan banklarında məlumatların təhlükəsizliyi necə qorunur?

Bakı. Çingiz Səfərli - Trend:

Bank əməliyyatları, ikinci dərəcəli və məxfi olmayan bank məlumatları xarici ölkələrdəki serverlərdə saxlanıla bilər.

Bunu Trend-ə açıqlamasında İKT üzrə ekspert Asif İbrahimov deyib.

O bildirib ki, bu halda bankın əməliyyatları daha sürətli və problemsiz olur: "Müştərilərə aid məxfi dataların isə qanunvericiliyə əsasən, xarici serverdə saxlanılması qadağandır. Belə məlumatlar yalnız ölkə daxilindəki bazada saxlanılmalıdır".

Ekspert müştərilərin plastik kartları vasitəsilə beynəlxalq ödənişlər həyata keçirərkən fırıldaqçılığa məruz qalmamaları üçün bankların atmalı olduğu addımlardan da danışıb: "Bəzi banklar adətən kartı təqdim edərkən beynəlxalq ödənişləri bağlı edir və müştərinin müraciəti əsasında açılır. Yaxud beynəlxalq əməliyyat zamanı müəyyən məbləğdən sonra kart bloklanır. Əlbəttə, bu, kartın tipindən asılıdır və situasiyaya görə dəyişə bilər. Belə hallara fraud hallar deyilə bilər. Lakin hakerlər hər zaman var, olub və olacaq. Onlara qarşı yüz faiz təhlükəsiz sistem fikirləşmək mümkünsüzdür. Daim xırda bir boşluq tapacaqlar. Amma hazırda bank sistemləri belə hallara qarşı özlərini maksimum sığortalayıb. Hər hansısa şübhəli əməliyyat görən kimi dərhal bloklaya bilirlər və bunun üçün də hər bir bankda belə halları müşahidə edən xüsusi qrup fəaliyyət göstərir".

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti