...

Bakıda keçiriləcək Beynəlxalq Biznes Forumunun vaxtı dəqiqləşdi

İqtisadiyyat Materials 29 Sentyabr 2021 19:16 (UTC +04:00)
Bakıda keçiriləcək Beynəlxalq Biznes Forumunun vaxtı dəqiqləşdi

Bakı. Trend:

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) tərəfindən Beynəlxalq Biznes Forumu (Uluslararası İş Forumu İBF) bu il 14-17 noyabr tarixlərində Bakıda keçiriləcək.

Bu barədə qurumdan Trend-ə daxil olan məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, forum dünyanın bir sıra ölkələrinin iş adamlarını və dövlət rəsmilərini bir araya gətirməklə, ölkələr arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, davamlı əməkdaşlıq modellərinin yaradılması, investisiya sahəsində əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsi məqsədilə təşkil olunur. 1995-ci ildə Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) tərəfindən təsis edilmiş və ildə bir dəfə keçirilən İBF Forumu çərçivəsində bir sıra panel iclaslar, ölkə təqdimatları, ikitərəfli görüşlər və s. tədbirlər təşkil olunur.

"Beynəlxalq Biznes Forumu çərçivəsində MÜSİAD-ın təmsil olunduğu ölkələrdən ümumilikdə beş yüzdən çox investorun Azərbaycana gəlməsi nəzərdə tutulur” - deyə, MÜSİAD-dan bildirilib.

Qeyd edək ki, İBF 1995-ci ildə MÜSİAD tərəfindən təsis olunub və foruma 25 ölkədə 42 assosiasiya üzv olub.

Bundan əvvəl MÜSİAD Bakı ofisinin rəhbəri Əbdürrəhman Uzun Azərbaycana xarici investisiyaların cəlb olunmasının qurumun əsas prioritetlərindən biri olduğunu bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti