...

Azərbaycanda minik avtomobillərinin istehsalı artıb

İqtisadiyyat Materials 19 Noyabr 2021 00:31 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1862 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 365 ədəd çox minik avtomobili istehsal olunub.

Trend-in məlumatına görə, qeyd olunan müddət ərzində ölkədə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 323,4 milyon manatlıq məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,5 faiz, maşın və avadanlıqların istehsalı 9,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 90,0 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti