...

IBF Bakı Forumu Azərbaycana investisiya axınını artıracaq - MÜSİAD Azərbaycanın rəhbəri

İqtisadiyyat Materials 30 Noyabr 2021 11:26 (UTC +04:00)
IBF Bakı Forumu Azərbaycana investisiya axınını artıracaq - MÜSİAD Azərbaycanın rəhbəri

Bakı. Trend:

25-ci Beynəlxalq Biznes Forumun (IBF - İnternational Business Forum) Bakıda keçirilməsi Azərbaycana investisiya axınını artıracaq.

Bunu Trend-ə açıqlamasında Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan ofisinin rəhbəri Abdurrahman Uzun bildirib.

O qeyd edib ki, forumda başda Türkiyə olmaqla Almaniya, Pakistan, Misir, İordaniya, Küveyt, Qətər, Rusiya, Fransa, Mərakeş, Əlcəzair və digər ölkələrdən investorlar iştirak edib.

“IBF Forumunda 33 ölkədən 550 investor iştirak edib. Ən çox investor Türkiyədən qatılıb”- deyə, o bildirib.

MÜSİAD Azərbaycanın rəhbəri vurğulayıb ki, Azərbaycandakı əlverişli investisiya mühiti həm Türkiyədən, həm də ərəb dövlətlərindən olan investorların buraya marağını artırır.

"MÜSİAD olaraq qarşıdakı illərdə də Azərbaycana ciddi investisiya axınını təmin etmək istiqamətində addımlar atacağıq” - deyə, o bildirib.

Qeyd edək ki, 14-17 noyabr tarixində Bakıda 25-ci Beynəlxalq Biznes Forumu (IBF) keçirilib. IBF-in rəsmi media tərəfdaşları Trend BİA, Day.az və turkic.world media layihəsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti