...

Azərbaycanda hotellərlə bağlı yeni cərimə tətbiq ediləcək

İqtisadiyyat Materials 13 Dekabr 2021 10:44 (UTC +04:00)
Azərbaycanda hotellərlə bağlı yeni cərimə tətbiq ediləcək

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda ulduz almadan fəaliyyət göstərən hotellər cərimə olunacaq.

Trend-in məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Təklif edilən dəyişikliyə əsasən, mehmanxanalar (hotellər) tərəfindən “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Məcəlləyə dəyişiklik Milli Məclisin dekabrın 14-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti