...

Azərbaycanda minik avtomobillərinin istehsalı artıb

İqtisadiyyat Materials 16 Dekabr 2021 20:22 (UTC +04:00)
Azərbaycanda minik avtomobillərinin istehsalı artıb

Bakı. Elçin Mehdiyev – Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 1992 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 350 ədəd çox minik avtomobili istehsal olunub.

Trend-in məlumatına görə, dövr ərzində əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə traktorların istehsalı 2,0 dəfə artıb.

Qeyd olunan dövr ərzində maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 399,0 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 1,6 faiz artıb, maşın və avadanlıqların istehsalı 11,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 90,2 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti