...

Azərbaycanla yeni ortaq layihələr axtarışında olmağa davam edəcəyik - TPAO (ÖZƏL)

İqtisadiyyat Materials 22 Dekabr 2021 16:28 (UTC +04:00)
Azərbaycanla yeni ortaq layihələr axtarışında olmağa davam edəcəyik - TPAO (ÖZƏL)

Bakı. Humay Ağacanova - Trend:

Azərbaycanla yeni ortaq layihələr axtarışında olmağa davam edəcəyik

Bunu Trend-ə açıqlamasında TPAO-nun baş direktoru Melih Han Bilgin deyib.

O qeyd edib ki, TPAO Azərbaycanın ikinci ən böyük investorudur.

"1994-cü ildən bəri Azərbaycana, onun rifahına gələcəyinə investisiya etməyə davam edirik. Bu zamana qədər Azərbaycana etdiyimiz investisiya 13.2 milyard dollar təşkil edir.

Əslində, bu belə təkbaşına Azərbaycana qarşı bəslədiyimiz güvənə onun gələcəyinə olan inamımızın göstəricisidir. Azərbaycanla yeni əməkdaşlıqlar axtarışında olmağa, bizim sahəmizə uyğun olan qurumlarla birlikdə çalışmağa davam edəcəyik", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti