...

Ölkədə minik avtomobillərinin istehsalı artıb

İqtisadiyyat 19 Yanvar 2022 20:54 (UTC +04:00)
Ölkədə minik avtomobillərinin istehsalı artıb

Bakı. Elçin Mehdiyev – Trend:

2021-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsalı artıb.

Trend-in məlumatına görə, ötən il ölkədə 2043 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 93 ədəd çox minik avtomobili istehsal olunub.

Ümumilikdə, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 430,7 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki il lə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 21,3 faiz artıb, maşın və avadanlıqların istehsalı 9,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 92,6 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti