...

“Astara” yük terminalında bu ilin 2 ayı ərazində daşınan yüklərin həcmi məlum olub

İqtisadiyyat Materials 28 Fevral 2022 11:38 (UTC +04:00)
“Astara” yük terminalında bu ilin 2 ayı ərazində daşınan yüklərin həcmi məlum olub

Bakı. Fərid Zöhrabov - Trend:

İran ərazisində yerləşən və Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan “Astara” yük terminalında 2022-ci ilin ilk 2 ayı ərzində aşırılan və “ADY Express” MMC tərəfindən daşınan yüklərin ümumi həcmi 1369 vaqonda 58 967 ton təşkil edib.

"ADY Express"dən Trend-ə bildiriblər ki, 2021-ci ildə isə “Astara” yük terminalında aşırılan yüklərin ümumi həcmi 350 686 ton və ya 8112 vaqon təşkil edib.

Orta hesabla 2021-ci il ərzində Astara terminalında, gündəlik aşırılan yüklərin həcmi 1128 ton və ya 26 vaqon təşkil edib. Aşırılan yüklərin 74% və ya 260 063 tonu tranzit yüklərin payına düşür. Tranzit yüklərin böyük hissəsi Rusiya-İran və İran-Rusiya marşrutları ilə nəql edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti