...

"Azərbaycan" kran gəmisinin təmiri başa çatıb

İqtisadiyyat Materials 4 Mart 2022 15:47 (UTC +04:00)
"Azərbaycan" kran gəmisinin təmiri başa çatıb

Bakı. Fərid Zöhrabov - Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus 2500 ton yükqadırma qabiliyətinə malik “Azərbaycan” kran gəmisinin əsaslı təmiri uğurla başa çatıb.

ASCO-dan Trend-ə verilən məlumata görə, “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan təmir çərçivəsində baş mühərriklərin yağ və su soyuducuları, nasoslar, hava balonlarının armaturları, mexanizmlərin dəniz suyu ilə soyutma və yağ sistemlərinin boru xətləri, çirkab su boru sistemləri təmir olunub. Elektrik avadanlıqlarında yaranmış nasazlıqlar aradan qaldırılıb, çirkab su çənləri tam təmizlənib, 30 və 400 tonluq yükqaldırma qabiliyyətinə malik kran qurğusunun sınaq işləri aparılıb. Helikopter meydançasının qoruyucu torları üzərində quraşdırılmış borular yenisi ilə əvəzlənib. Suüstü sahələr və baş göyərtə təmizlənərək rənglənib.

Məlumata görə, gəmi tərsanəyə qaldırılaraq avar və sükan qurğlarınınn hidravlik idarəetmə sistemləri təmir olunub. Sınaq yoxlama işlərindən sonra “Azərbaycan” kran gəmisi suya buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti