...

AYİB Qaradağ GES-in tikintisi üçün kredit ayıra bilər

İqtisadiyyat Materials 25 Mart 2022 14:04 (UTC +04:00)
Nəzrin İsrafilova
Nəzrin İsrafilova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Bakının Qaradağ rayonunda 230 meqavatt gücündə günəş elektrik stansiyasının tikintisi və işlənməsi layihəsinə 51 milyon dollar məbləğində uzunmüddətli kredit ayıra bilər.

Trend bu barədə AYİB-ə istinadən məlumat verir.

Qeyd olunur ki, bankın Direktorlar Şurası kreditin təsdiq olunması məsələsini aprelin 27-də müzakirə edəcək.

Xatırladaq ki, martın 15-də Bakıda Azərbaycanla “Masdar” şirkəti (BƏƏ) arasında bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq üzrə dörd anlaşma memorandumu imzalanıb. İmzalanan sənədlər çərçivəsində yaxın 1,5 il ərzində Bakının Qaradağ rayonunda 230 meqavatt gücündə günəş elektrik stansiyasının tikintisi planlaşdırılır. Bu elektrik stansiyasının tikintisi qaz istehlakını 110 milyon kubmetr azaltmağa imkan verəcək. Bundan başqa, stansiya ildə tullantıların həcmini 200 min tonadək azaltmağa imkan verəcək. İlkin mərhələdə Qaradağ Günəş Elektrik Stansiyasının istismara verilməsi 700 iş yerinin yaradılmasına xidmət edəcək. Stansiya yüksək texnologiyalar əsasında inşa olunacağı üçün əlavə olaraq 30-a yaxın iş yeri də açıla bilər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti