...

Azərbaycan beynəlxalq təbii daş sərgisində təmsil olunacaq (FOTO)

İqtisadiyyat Materials 26 Mart 2022 15:12 (UTC +04:00)
Azərbaycan beynəlxalq təbii daş sərgisində təmsil olunacaq (FOTO)
Nəzrin İsrafilova
Nəzrin İsrafilova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan martın 30-dan aprelin 2-dək Türkiyənin İzmir şəhərində keçiriləcək "Marble İzmir" 27-ci Beynəlxalq Təbii Daş və Texnologiyalar Sərgisində təmsil olunacaq.

Trend-in məlumatına görə, Türkiyə Ticarət Nazirliyinin himayəsi ilə keçirilən sərgi dünyada təbii daş və mərmər üzrə ən böyük üç ekspozisiyadan biridir.

Sərgidə dünyanın 41 ölkəsi, o cümlədən Azərbaycan, ABŞ, Səudiyyə Ərəbistanı, Albaniya, Avstraliya, Avstriya, Bəhreyn, Banqladeş, Belçika, Almaniya, BƏƏ, Böyük Britaniya, Bosniya və Herseqovina, Braziliya, Bolqarıstan, Əlcəzair, Efiopiya, Fələstin, Hindistan, İraq, İspaniya, İsrail, İtaliya, Qətər, Qazaxıstan, Qırğızıstan, Kolumbiya, Kosovo, Küveyt, Latviya, Livan, Makedoniya, Misir, Nepal və Pakistan təmsil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti