...

“Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində tələbələr Masallı Sənaye Məhəlləsində olublar (FOTO)

İqtisadiyyat Materials 18 Aprel 2022 18:00 (UTC +04:00)
“Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində tələbələr Masallı Sənaye Məhəlləsində olublar (FOTO)

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarının istehsal müəssisələrinə təlim səfərlərinə start verilib.

İlkin biznes təsəvvürünün və istehsal təcrübəsinin formalaşması məqsədilə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin sonuncu kurs tələbələri Masallı Sənaye Məhəlləsində olublar. Tələbələrə sənaye məhəlləsinin fəaliyyəti haqqında məlumat verilib, burada fəaliyyət göstərən müəssələrdə istehsal prosesi ilə tanış olublar. Həmçinin, səfər çərçivəsində tələbələrə KOBİA-nın Masallı Sənaye Məhəlləsində fəaliyyət göstərən KOB dostu tərəfindən sahibkarlara göstərilən dəstək və xidmətlər barədə məlumat verilib.
Qeyd edək ki, “Gənclərin biznes emalatxanası” layihəsinin məqsədi peşə təhsili alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır. 2021-2023-cü illəri əhatə edən layihə hazırda Cəlilabad və Ağdam rayonlarında həyata keçirilir. Yaxın vaxtlarda layihəyə Qəbələ rayonunda da start veriləcəkdir. Layihə dərzi, bitkiçilik və heyvandarlıq, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, çilingər, aşpaz, şirniyyatçı, turizm və qaynaqçı kimi sahələri əhatə edir.

Layihə çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən peşə təhsili alan və sahibkarlığa maraq göstərən sonuncu kurs tələbələrinin seçimi və maarifləndirilməsi həyata keçirilir. Sonra gənclər KOBİA tərəfindən biznes təlimlərinə cəlb olunur, onlara mentorluq dəstəyi göstərilir, biznes müəssisələrinə təlim və təcrübə səfərləri təşkil olunur.

Üç ay davam edən biznes və peşə təlimlərini uğurla başa vuran gənclər seçdikləri fəaliyyət sahəsi üzrə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin olunacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti