...

Gələn ay subsidiyalarla bağlı auditlərin keçirilməsi planlaşdırılır

İqtisadiyyat Materials 20 Aprel 2022 13:28 (UTC +04:00)
Gələn ay subsidiyalarla bağlı auditlərin keçirilməsi planlaşdırılır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Gələn ay kənd təsərrüfatı üzrə fermerlərə verilən subsidiyalarla bağlı auditlərin keçirilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

O həmçinin qeyd edib ki, dövlət xətti ilə kino çəkilişlərinə ayrılan vəsaitlərlə bağlı auditlər yekunlaşmaq üzrədir.

V.Gülməmmədov əlavə edib ki, parlamentin komitəsində bu məsələnin müzakirəsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti