...

Azərbaycanda yüksək texnologiyaların və innovasiyaların audit sistemində tətbiqi genişlənir

İqtisadiyyat Materials 22 Aprel 2022 23:43 (UTC +04:00)
Azərbaycanda yüksək texnologiyaların və innovasiyaların audit sistemində tətbiqi genişlənir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Azərbaycan Auditorlar Palatası kiçik və orta audit təşkilatları və müstəqil auditorlar tərəfindən istifadə oluna biləcək audit proqram təminatı almağı planlaşdırır.

Bunu Trend-ə Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov deyib.

Onun sözlərinə görə, çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə (PL/TMM) qarşı mübarizə tədbirlərinin sayının artırılması da nəzərdə tutulur.

"Bundan əlavə, 2022-ci il ərzində bazar iqtisadiyyatı şəraitində metodoloji nəzarət bazasının yaradılması, müvafiq təkliflərin hazırlanması, audit sistemində yüksək texnologiyaların və innovasiyaların tətbiqinin genişləndirilməsi nəzərdə tutulur", - deyə V.Novruzob bildirib.

O qeyd edib ki, 2022-ci ilin sentyabrında Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə və xarici ekspertlərin iştirakı ilə “Rəqəmsal iqtisadiyyat şəraitində hesabatlılıq və şəffaflıq” mövzusunda konfransın keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti