Şuşa. Trend:
Azərbaycanda türkiyəli investorların sayı artacaq.
Trend-in məlumatına görə, bunu Türkiyənin Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) direktoru Əhməd Uysal Şuşada "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans zamanı deyib.
"Şuşada konfransdan sonra Azərbaycana sərmayələrdə maraqlı olan türkiyəli investorların sayı arta bilər. Bu cür konfranslar regiona potensial investorların cəlb olunması üçün keçirilir. Türkiyə Azərbaycana çiçəklənmə və inkişaf arzulayır", - deyə o bildirib.
Qeyd edək ki, bu gün Şuşada "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilir. Tədbirdə beynəlxalq beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər.
Konfrans çərçivəsində "Şuşa - dirçəlişə gedən yol" və "Əməkdaşlıq, imkanlar və çağırışlar" mövzusunda iki panel müzakirələri nəzərdə tutulub.
(Tərcümə: Orxan Nəbiyev)