...

Mərkəzi Bank ilin sonunadək qiymət artımı ilə bağlı proqnozunu açıqlayıb

İqtisadiyyat Materials 29 Aprel 2022 14:38 (UTC +04:00)
Mərkəzi Bank ilin sonunadək qiymət artımı ilə bağlı proqnozunu açıqlayıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin sonunadək ölkədə qiymətlərin indiki səviyyədə qalacağını proqnozlaşdırır.

Trend-in məlumatına görə, bunu Bankın baş direktoru Vüqar Əhmədov mətbuat konfransında deyib.

"Bizim müxtəlif ssenarilər əsasında inflyasiya proqnozlarımız var. Bütün onlar göstərir ki, inflyasiya hədəf diapazonunun yuxarı həddinə yaxınlaşmaqla indiki səviyyədə qalacaq. AMB-nin 2022-ci il üçün inflyasiya üzrə proqnozları dörd faiz təşkil edir. Hədəf diapazonunun yuxarı həddində altı faiz nəzərdə tutulur, amma ortamüddətli perspektivdə biz bu göstəricinin dörd faizə yaxınlaşacağını düşünürük", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti