...

Sınaqdan keçirilməyən aqrokimyəvi məhsulların Azərbaycana gətirilməsi artıq mümkün deyil - Agentlik sədri (FOTO)

İqtisadiyyat Materials 24 May 2022 10:12 (UTC +04:00)
Sınaqdan keçirilməyən aqrokimyəvi məhsulların Azərbaycana gətirilməsi artıq mümkün deyil - Agentlik sədri (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Artıq ölkəmizə idxal olunan aqrokimyəvi vasitələr, pestisidlər, bioloji preparatların idxal prosesi daha da təkmilləşdirilib elektron sistem vasitəsilə həyata keçirilir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Bitki Sağlamlığı Forumu”nda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, elektron sistemdə tətbiq olunan yeniliyə əsasən, artıq respublika ərazisinə sınaqdan keçirilməyən, istifadəsina icazə verilməyən, qeydiyyatsız məhsulların gətirilməsi texniki cəhətdən mümkün deyil.

“Belə ki, Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) tətbiq edilən yeni modul özündə rəsmi qeydiyyatda olan aqrokimyəvi vasitələr, pestisidlər, bioloji preparatlar, baytarlıq preparatları və yem əlavələrinin reyestrini ehtiva edir. Bu da öz növbəsində ölkəmizə yalnız qeydiyyata alınmış və dövriyyəsinə icazə verilmiş məhsulların idxal olunmasını təmin edir”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti