...

Azərbaycan və Türkiyə arasında iqtisadi tərəfdaşlığa dair sənəd imzalanıb (FOTO)

İqtisadiyyat Materials 27 May 2022 21:52 (UTC +04:00)
Azərbaycan və Türkiyə arasında iqtisadi tərəfdaşlığa dair sənəd imzalanıb (FOTO)

Bakı. Trend:

Azərbaycan və Türkiyə arasında iqtisadi tərəfdaşlığa dair sənəd imzalanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Paylaşılmda deyilir:

"Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla ölkələrimiz arasında sıx münasibətlərin ikitərəfli iqtisadi əlaqələrin inkişafında rolu, kiçik və orta sahibkarlıq, sənaye, eləcə də standartlaşdırma və metrologiya sahələrində tərəfdaşlığın gücləndirilməsi üçün müştərək qurumların yaradılması barədə danışdıq. Qardaş ölkə ilə iqtisadi tərəfdaşlığımızın möhkəmlənməsi istiqamətində Anlaşma Memorandumu imzaladıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti