Bakı. Trend:
Azərbaycanda bu ilin sonuna kimi insan kapitalının inkişafına yönəlmiş sənədin qəbul olunması planlaşdırılır.
Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev innovativ ekosistem sahibkarları ilə görüş zamanı deyib.
O xatırladıb ki, yerli ali təhsil müəssisələri İT sahəsində üç minədək kadr buraxır, amma bu bankların və İT şirkətlərinin tələbatının ödənilməsi üçün çox azdır.
"Biz müvafiq sənəd hazırlayıb hökumətə təqdim etmişik. Ümid edirik ki, bu sənəd ilin sonuna kimi qəbul olunacaq. Qeyd etmək istəyirəm ki, sənəd insan kapitalının inkişafına yönəlib", - nazir deyib.
R.Nəbiyev bildirib ki, bu gün İT ekosisteminin yaradılması üçün vergi və gömrük məsələlərinin tənzimlənməsi çox vacibdir.
(Tərcümə: Orxan Nəbiyev)