...

Özbəkistanla imzalanan sənədlər yeni əlaqələrin qurulmasına imkanlar yaradacaq - Nazir (FOTO)

İqtisadiyyat Materials 20 İyun 2022 18:35 (UTC +04:00)

Bakı. Trend:

Özbəkistanla imzalanan sənədlər yeni əlaqələrin qurulmasına imkanlar yaradacaq.

Trend xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tvitter hesabında qeyd edib.

"Özbəkistan-Azərbaycan biznes forumu çərçivəsində imzalanan sənədlər əqli mülkiyyət, sənaye, enerji, tikinti, turizm, ixrac və investisiyaların təşviqi, ticarət, KOB-lar və s. sahələrdə yeni əlaqələrin qurulmasına, biznes qurumlarımız arasında əməkdaşlığın genişlənməsinə əlavə imkanlar yaradacaq", - paylaşımda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti