Bakı. Trend:
2022-ci ilin yanvar-may aylarında Azərbaycanda 939 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 286 ədəd çox minik avtomobili istehsal olunub.
Trend-in məlumatına görə, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2022-ci ilin yanvar-may aylarında 221,6 milyon manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 4,5 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,9 dəfə, maşın və avadanlıqların istehsalı isə 51,9 faiz artmışdır.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 17,6 faiz azalmışdır.