...

Azad edilən ərazilərdə küçə və yollar yaşıl texnologiyalarla işıqlandırılacaq

İqtisadiyyat Materials 22 İyun 2022 16:37 (UTC +04:00)
Azad edilən ərazilərdə küçə və yollar yaşıl texnologiyalarla işıqlandırılacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə küçə və yollar yeni qaydada işıqlandırılacaq.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda qeyd edilib.

Tədbirlər Planına əsasən, küçə və yolların işıqlandırılmasında enerji səmərəli yaşıl texnologiyaların tətbiqinə dair tələblərin müəyyən edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərişıq” ASC, yerli icra hakimiyyəti Orqanları ilə birlikdə 2022-2023-cü illərdə təhlillərin aparılmasını, tələblərin müəyyən edilməsini, tələblərin razılaşdırılması və təsdiq edilməsi təmin etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti