...

Latviya və Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlığın yeni sahələrini tapmalıdır - Nazir (ÖZƏL) (FOTO)

İqtisadiyyat Materials 15 İyul 2022 08:00 (UTC +04:00)
Latviya və Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlığın yeni sahələrini tapmalıdır - Nazir (ÖZƏL) (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Latviya və Azərbaycan kənd təsərrüfatı sahəsində yeni əməkdaşlıq sahələri tapmalıdır.

Bunu Trend-ə özəl müsahibəsində Bakıda səfərdə olan Latviyanın kənd təsərrüfatı naziri Kaspars Qerhards deyib.

"Son 30 ildə Latviya ilə Azərbaycan arasında siyasi əlaqələr yüksək səviyyəyə çatıb. Həmçinin iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində möhkəm əlaqələr qurulub və bizim belə əməkdaşlığın yaxşı nümunələri var. Ölkələrimizin, xüsusən də davam edən COVID-19 pandemiyası və Ukraynadakı vəziyyət fonunda bu çətin zamanda bu əməkdaşlığı daha da genişləndirmək imkanı var. Biz logistika, yeni məhsulların tədarükü baxımından yeni əməkdaşlıq sahələri tapmalıyıq", - deyə K.Qerhards bildirib.

Nazir xatırladıb ki, mayda Riqada Latviya-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclası keçirilib, onun nəticəsində iki ölkənin departamentləri arasında mühüm sazişlər imzalanıb:

"Bu mənada bizim müxtəlif layihələr üzrə əməkdaşlıq üçün böyük imkanlarımız var və mən Azərbaycana səfərim zamanı əlaqələrimizin inkişaf etdirilməsi yollarını müzakirə etmək üçün kənd təsərrüfatı, ekologiya və iqtisadiyyat nazirləri ilə görüşdüm. Biz növbəti addım kimi ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığı görürük. Meşə təsərrüfatı əməkdaşlığımızın perspektivli sahəsinə çevriləcək. Bu məsələni ekologiya naziri ilə müzakirə etdik. Ərazimizin 53 faizi meşələrlə örtülü olduğu üçün Latviyanın meşə təsərrüfatı sahəsində təcrübəsi var və Azərbaycanın Qarabağda meşələrin bərpası ilə bağlı böyük planları var. Biz, həmçinin tikinti və ətraf mühitin mühafizəsi sahəsində Latviya şirkətlərinin Qarabağın yenidən qurulmasına necə kömək edə biləcəyini müzakirə etdik".

Onun fikrincə, Latviya və Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün mövcud potensialdan tam istifadə etmir:

"Latviyada və Azərbaycanda kənd təsərrüfatının inkişafı müxtəlif istiqamətlərdə gedir. Latviya süd məhsulları istehsalında uzun illərin ənənəsinə malik ölkədir, Azərbaycanda isə meyvə-tərəvəz yetişdirməkdə çox yaxşı təcrübə var. Ancaq bəzi təmas nöqtələri tapmaq olar. Biz Azərbaycana pendir və digər süd məhsulları ixrac edə bilərik və Azərbaycandan meyvə idxal etmək istərdik. Təəssüf ki, əməkdaşlıq potensialından tam istifadə olunmur. Ona görə də biz nazirlik, institusional və biznes kimi müxtəlif səviyyələrdə birgə çalışmalıyıq. Ərzaq təhlükəsizliyi problemləri fonunda biz yeni təchizat zəncirləri haqqında düşünməliyik. Variantlardan biri də gübrələrin Azərbaycanda alınmasıdır. Vəziyyət asan deyil, lakin biz hökumətlər arasında əməkdaşlıqda, eləcə də müxtəlif platformalarda həll yollarını tapa bilərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti