...

Azərbaycanda istismar müddəti 5 ilə qədər olan minik avtomobillərinin sayı azaldılacaq

İqtisadiyyat Materials 22 İyul 2022 14:01 (UTC +04:00)
Azərbaycanda istismar müddəti 5 ilə qədər olan minik avtomobillərinin sayı azaldılacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin (minik avtomobilləri, avtobuslar və s.) dövriyyəsinin stimullaşdırılması və zəruri infrastruktur yaradılacaq.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Bununla yanaşı istismar müddəti 5 ilə qədər olan minik avtomobillərinin cəmi minik avtomobillərində xüsusi çəkisinin 4,7% olması planlaşdırılır.

Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə vergi-gömrük güzəştlərinin tətbiqi istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi köhnəlmiş nəqliyyat vasitələrinin idxalının və istifadəsinin məhdudlaşdırılmasına dair tədbirlərin görülməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti