...

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyətlər verilib

İqtisadiyyat Materials 2 Avqust 2022 15:28 (UTC +04:00)
İqtisadiyyat Nazirliyinə yeni səlahiyyətlər verilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyətlər verilib.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncama edilən dəyişiklikdə əksini tapıb.

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi bundan sonra sitrus meyvələri, çay və çəltik istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinin istifadəsindəki və ya onların istifadəsinə veriləcək yeni torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını da təmin etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti