...

Türkiyə polad ixracını 25 faizə qədər artırıb

İqtisadiyyat Materials 10 Avqust 2022 15:00 (UTC +04:00)
Türkiyə polad ixracını 25 faizə qədər artırıb

Bakı. Trend:

2022-ci ilin yanvar-iyul aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 13,5 milyard dollara bərabər olub.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə 1,6 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 7,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (iyul 2021-iyul 2022) Türkiyə 24,9 milyard dollar məbləğində polad ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti