...

"Google Pay"in işə salınması nağdsız ödənişlərin payını artıracaq - Avşar Gürdal

İqtisadiyyat Materials 23 Avqust 2022 11:48 (UTC +04:00)
"Google Pay"in işə salınması nağdsız ödənişlərin payını artıracaq - Avşar Gürdal
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

"Google Pay" və "Apple Pay" kimi həllərin işə salınması ümumi dövriyyədə nağdsız ödənişlərin payını əhəmiyyətli dərəcədə artıracaq.

Trend-in məlumatına görə, bunu "MasterCard"ın Azərbaycandakı baş direktoru Avşar Gürdal "Google Pay" sisteminin Azərbaycanda işə salınmasına həsr olunmuş mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, bu cür ödəmə üsulu həm də təhlükəsizdir, belə ki, ödənişin həyata keçirilməsi üçün mobil qurğunun müvafiq parolu, barmaq izi və ya biometrik məlumatlar tələb olunur.

"Bu gün Azərbaycanda mobil qurğuların 70 faizi "Android" platformalarının payına düşür. "Google Pay"in işə salınması nağdsız ödənişlərin payını əhəmiyyətli şəkildə artıracaq", - deyə o bildirib.

Baş direktor əlavə edib ki, şirkət "MasterCard" sahibləri üçün müvafiq endirimlər də tətbiq edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti