...

Sentyabr ayında Qazaxıstan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı azalıb

İqtisadiyyat Materials 18 Oktyabr 2022 14:33 (UTC +04:00)
Sentyabr ayında Qazaxıstan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı azalıb

Bakı. Trend:

2022-ci ilin sentyabr ayında Qazaxıstan vətəndaşları Türkiyədə 207 daşınmaz əmlak alıblar ki, bu da 2021-ci ilin sentyabr ayı ilə müqayisədə 3 obyekt azdır.

Trend-in məlumatına görə, TurkicWorld bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir.

Məlumata görə,2022-ci ilin yanvar-sentyabr aylarında Qazaxıstan vətəndaşları Türkiyədə 2045 daşınmaz əmlak satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 706 obyekt çoxdur.

2022-ci ilin sentyabr ayında Türkiyədə 113 min 402 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 22,9 faiz azdır. Sentyabr ayında Türkiyədə əcnəbilərə 5 min 104 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 23,8 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti