Bakı. Trend:
2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyədə Rusiya kapitalı ilə 864 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 723 şirkət çoxdur.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Rusiya şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalıda artıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Rusiya şirkətlərinin məcmu kapitalı 367,9 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 57,9 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Rusiya şirkətlərinin əksəriyyəti İstanbulda (603) qeydiyyata alınıb.
“İstanbulda qeydiyatdan keçən Rusiya şirkətlərinin ümumi kapitalı 137,1 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyədə Rusiya kapitalı ilə 62 ixracat, 488 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.