...

Qazaxıstan və Azərbaycan neft sənayesində əməkdaşlığı genişləndirəcək - KazMunayQaz

İqtisadiyyat Materials 22 Noyabr 2022 11:39 (UTC +04:00)
Qazaxıstan və Azərbaycan neft sənayesində əməkdaşlığı genişləndirəcək - KazMunayQaz
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan Azərbaycan ərazisindən neft nəqlinin həcminin artırılmasında maraqlıdır.

Trend bu gün Qazaxıstan mətbuatına istinadən məlumat verir ki, bunu "KazMunayQaz" şirkətinin idarə heyətinin sədr müavini Dauren Karabayev deyib.

"Hazırda danışıqlar aparılır, belə ki, "KazMunayQaz"la SOCAR arasında Bakı-Tbilisi-Ceyhan boru xətti ilə 1,5 milyon ton Qazaxıstan neftinin nəqli ilə bağlı beşillik saziş imzalanıb. İndi yalnız hansı Qazaxıstan emal müəssisəsinin qeyd olunan həcmi nəql edəcəyini müəyyənləşdirmək qalır. Biz bu rəqəmin gələcəkdə arta biləcəyini gözləyirik, çünki təkcə Qazaxıstan yox, Azərbaycan da bu məsələdə maraqlıdır", - deyə o bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Qazaxıstanın baş naziri Əlixan Smayilov Qazaxıstanın gələn ildən etibarən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə ildə 1,5 milyon ton neft nəql etməyi planlaşdırdığını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti