...

Azərbaycanda dəmir yolu ilə yükdaşımaların artımı gözlənilir

İqtisadiyyat Materials 12 Dekabr 2022 12:45 (UTC +04:00)
Azərbaycanda dəmir yolu ilə yükdaşımaların artımı gözlənilir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

İlin sonunadək Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yükdaşımaların həcminin 18,5 milyon tona çatacağı gözlənilir.

Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov deyib.

Onun sözlərinə görə, 2021-ci ildə bu rəqəm 15 milyon ton, 2022-ci ilin 11 ayı ərzində isə 17 milyon ton təşkil edib.

"Həm Şimal-Cənub, həm də Şərq-Qərb istiqamətlərində tranzit daşımalarda da əhəmiyyətli artım müşahidə olunur", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti