...

Azərbaycanın Aİ üçün əhəmiyyəti bundan sonra da artacaq - Almaniya səfiri

İqtisadiyyat Materials 14 Dekabr 2022 16:40 (UTC +04:00)
Azərbaycanın Aİ üçün əhəmiyyəti bundan sonra da artacaq - Almaniya səfiri
Aygün Məhərrəmova
Aygün Məhərrəmova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ukraynada müharibənin başlaması ilə Avropa üçün daha vacib iştirakçıya çevrildi.

Trend-in məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman bu gün ADA Universitetində "Almaniyanın 2022-ci ildə "Böyük yeddiliy"ə (G7)" sədrliyi" mövzusundakı mühazirə zamanı deyib.

Onun fikrincə, Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri üçün əhəmiyyəti bundan sonra da artacaq.

"Azərbaycan təkcə karbohidrogenlər üzrə deyil, həm də "yaşıl enerji" sahəsində öz potensialını artıra bilər. Azərbaycanda "yaşıl enerji"nin potensialı çox yüksəkdir", - deyə səfir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti