Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Dövlət Vergi Xidmətindən Trend-ə bildirilib ki, indiyədək ölkə ərazisində 83 min 216 ədəd belə NKA quraşdırılıb.
Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2022-ci ildə yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19,5 milyard manatdan çox olub ki, bu da əvvəlki illə müqayisədə 4,1 milyard manat və ya 26,6 faiz çoxdur.