...

Azərbaycanda bu avtomobillərə tələbat azalıb

İqtisadiyyat Materials 2 Fevral 2023 19:14 (UTC +04:00)
Azərbaycanda bu avtomobillərə tələbat azalıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Azərbaycanda avtomobil bazarında müxtəlif kateqoriyalı avtomobillər üzrə qiymət artımları müşahidə olunub.

Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, qiyməti 30 min manata qədər olan avtomobillərin qiyməti 2022-ci ildə 8.5 faiz yüksəlib. Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da həmin avtomobillərin qiymətində il ərzində 3.4 faiz artım qeydə alınıb.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin yaydığı məlumata əsasən, 2022-ci ildə Azərbaycana 1 057,8 milyon ABŞ dolları dəyərində 74 577 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti