Bakı. Trend:
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev İtaliyanın şirkətlər və "Made in Italy" Nazirliyinin sənaye mülkiyyətinin mühafizəsi üzrə baş direktoru Amedeo Teti ilə görüşüb.
Agentlikdən Trend-ə bildirilib ki, görüşdə iki ölkənin biznes subyektləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycan-İtaliya Sənaye və Ticarət Palatasının yaradılması, eləcə də Azərbaycan-İtaliya biznes forumunun keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.