...

Türkiyə Azərbaycana avtomobil sənayesi avadanlıqları ixracını azaldıb

İqtisadiyyat Materials 9 Mart 2023 17:19 (UTC +04:00)
Türkiyə Azərbaycana avtomobil sənayesi avadanlıqları ixracını azaldıb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz azalaraq 16,7 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Fevral ayında Türkiyə Azərbaycana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 10,4 faiz azalaraq 8,9 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq 2,6 milyard dollara bərabər olub.

Bu ilin fevral ayında Türkiyə 5,3 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 12,2 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (fevral 2021- fevral 2022) Türkiyə 31,6 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti