...

Dünya Bankı Azərbaycanın tədiyyə balansının profisiti üzrə proqnozu açıqlayıb

İqtisadiyyat Materials 7 Aprel 2023 09:29 (UTC +04:00)
Dünya Bankı Azərbaycanın tədiyyə balansının profisiti üzrə proqnozu açıqlayıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Bankının (DB) proqnozlarına görə, 2023-cü ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyat hesabının profisiti ÜDM-in 19,2 faizini təşkil edəcək.

Trend bu barədə cümə axşamı Dünya Bankının "Europe and Central Asia Economic Update, Spring 2023: Weak Growth, High Inflation, and a Cost-of-Living Crisis" adlı hesabatına istinadən xəbər verir.

Hesabatda qeyd olunduğu kimi, ölkə yüksək xammal qiymətlərindən gəlir əldə edib ki, bu da tədiyyə balansına müsbət təsir edib.

Bundan başqa, DB analitikləri 2024-cü ildə tədiyyə balansının cari əməliyyat hesabının profisitinin ÜDM-in 14,8 faizi, 2025-ci ildə isə 13 faizini təşkil edəcəyini proqnozlaşdırırlar.

Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən, 2022-ci ildə Azərbaycanda cari əməliyyat hesabının profisiti inişillə müqayisədə 2,83 dəfə artaraq 8,3 milyard dollardan 23,5 milyard dollara çatıb (Azərbaycanın ÜDM-nin 29,8 faizi). Neft-qaz sektorunda cari əməliyyat hesabının profisit üzrə il ərzində iki dəfə artım qeydə alınıb və 28,7 milyard dollara çatıb. Qeyri-neft sektoru üzrə 5,2 milyard dollar dəyərində defisit (9,4 faiz azalma) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti