...

Bu ay BTC ilə 125 min ton Qazaxıstan neftinin nəqli planlaşdırılır

İqtisadiyyat Materials 7 Aprel 2023 13:19 (UTC +04:00)
Bu ay BTC ilə 125 min ton Qazaxıstan neftinin nəqli planlaşdırılır
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bu ay Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 125 000 ton Qazaxıstan neftinin nəqli planlaşdırılır.

Trend cümə günü xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün Tvitter səhifəsində yazıb.

"Biz Qazaxıstanın baş nazir müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarinlə ölkələrimiz arasında strateji əlaqələrin möhkəmlənməsinə töhfələri və Hökumətlərarası Komissiya vasitəsilə qarşılıqlı əməkdaşlığın dərinləşməsini, həmçinin əməkdaşlıq üçün yeni imkanları müzakirə etdik", - deyə o əlavə edib.

Xatırladaq ki, Bakıda Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 19-cu iclası keçirilir.

Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Qazaxıstan tərəfdən isə baş nazir müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarindir.

İclas çərçivəsində geniş spektrli istiqamətlər, o cümlədən energetika, ticarət, nəqliyyat və logistika tərəfdaşlığı, həmçinin kənd təsərrüfatı üzrə əməkdaşlığa dair müzakirələr baş tutacaq.

Yekunda birgə protokolun imzalanacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti