...

“Azərbaycan Sənaye Korporasiyası” ASC-də “CHALIECO” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

İqtisadiyyat Materials 7 Aprel 2023 18:07 (UTC +04:00)
“Azərbaycan Sənaye Korporasiyası”  ASC-də “CHALIECO” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

“Azərbaycan Sənaye Korporasiyası” ASC, “Azəralüminium” MMC və Çin Xalq Respublikasının “CHALIECO” şirkətinin nümayəndə heyəti arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirəsinə dair görüş keçirilib.

ASC-dən Trend-ə bildirilib ki, “CHALIECO” şirkəti alüminium zavodlarının qurulması və istehsalı üzrə layihələrin hazırlanmasında dünyanın aparıcı şirkətlərindən biridir, şirkət tərəfindən bu sahə üzrə 250-dən çox beynəlxalq layihələr icra edilmişdir. Görüş zamanı alüminium zavodunun istehsal gücünün artırılması, alüminium istehsalı üçün tələb olunan xammallar üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələrin birgə işlənməsi mövzusunda müzakirələr aparılmışdır. Görüşün sonunda birgə əməkdaşlığın növbəti mərhələsində ilkin olaraq fəaliyyət planı hazırlanaraq razılaşdırılmış və qeyd olunan məsələlər üzrə müəyyən məlumatların hazırlanması, yeni görüşlərin keçirilməsi qərara alınmışdır.

Qeyd olunmalıdır ki, ölkəmizdə işgüzar səfərdə olan “CHALIECO” şirkətinin rəhbər və texniki heyəti “Azərlalüminium” MMC-nin Gəncə Alüminium Kompleksində olmuş, istehsal prosesinin daha da təkmilləşdirmə yolları barədə müzakirələr aparılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti