...

TEİAŞ tender elan edib

İqtisadiyyat Materials 17 Aprel 2023 16:46 (UTC +04:00)
TEİAŞ tender elan edib

Bakı. Trend:

Türkiyə Elektrik Ötürülməsi Anonim Şirkəti (TEİAŞ) Dənizli vilayətində mühafizə binasının tikintisi üzrə tender elan edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Elektron Dövlət Satınalmaları Platforması (EKAP) - dan bildirilib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Mühafizə binasının tikinti işinin başa çatdırılması üzrə son tarix tenderin nəticələrinin açıqlanmasından 90 gün sonradır.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 3 may 2023-cü il, Türkiyə vaxtı ilə saat 10:30-a qədər “Bölge Müdürlüğü Toplantı Salonu” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir.

Əlaqə nömrəsi : (+90) 258 377 31 44 - 258 377 73 91

Məqalədə:
Xəbər lenti

Xəbər lenti