...

Bu il Türkiyədə energetika sahəsində 150 layihə həyata keçiriləcək

İqtisadiyyat Materials 17 Aprel 2023 17:51 (UTC +04:00)
Bu il Türkiyədə energetika sahəsində 150 layihə həyata keçiriləcək

Bakı. Trend:

2023-cü ildə Türkiyədə energetika sahəsində 150 layihə həyata keçiriləcək.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Energetika və Təbii Sərvətlər nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, həyata keçirilməsi nəzərdə tutulan layihələrin ümumi dəyəri, 44,6 milyard lirədir.

“Bu il həyata keçirilməsi nəzərdə tutulan layihələrin bir qismi xarici kredit vəsaiti ilə reallaşdırılacaq. Xarici kreditin ümumi məbləği 8,1 milyard lirədir” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, keçən il Türkiyədə energetika layihələrinə ümimilikdə 297,1 milyard lirə dəyərində vəsait ayırılıb ki, bunlardan 76,8 milyard lirə xarici kreditdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti