...

Azərbaycan-Pakistan-Türkiyə iş adamları forumu keçiriləcək (FOTO)

İqtisadiyyat Materials 18 Aprel 2023 13:08 (UTC +04:00)
Azərbaycan-Pakistan-Türkiyə iş adamları forumu keçiriləcək (FOTO)

Bakı. Trend:

Azərbaycan-Pakistan-Türkiyə iş adamları forumu keçiriləcək.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə razılaşma MÜSİAD (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) Azərbaycan Korporativ Əlaqələr və Rabitə Komissiyasının fəaliyyəti çərçivəsində İdarə Heyətinin sədri Reşad Cabirli və İdarə Heyətinin üzvlərinin Pakistanın Azərbaycandakı səfiri Bilal Haye ilə görüşü zamanı əldə edilib.

Məlumata əsasən, görüş zamanı həyata keçirilən tədbirlər və nəzərdə tutulan layihələr barədə məlumat verilib, əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycan, Pakistan, Türkiyə arasında ilk mərhələdə birgə görülə biləcək işlər müəyyən edilib.

Bundan əlavə, tərəflər arasında il ərzində Azərbaycanda fəaliyyət göstərən iş adamlarının Pakistana kommersiya və mədəni səfərinin təşkili barədə razılıq əldə edilib.

May ayında Pakistandan Azərbaycana gəlməsi planlaşdırılan iş adamlarının keçirəcəyi görüşlərin təşkil edilməsi barədə müzakirələr aparılıb.

Qeyd edək ki, Pakistanın idxal etdiyi mallar arasında pambıqdan toxunmuş parçalar, geyim və geyim aksesuarları, sintetik üzvi rəngləndiricilər, rəngli boyalar, polivinilxlorid (PVC), rezin təkərlər və qida məhsulları əsas yer tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti