...

Yanvar-mart aylarında Ukraynadan Türk limanlarına 1 milyon tondan çox yük daşınıb

İqtisadiyyat Materials 18 Aprel 2023 16:36 (UTC +04:00)
Yanvar-mart aylarında Ukraynadan Türk limanlarına 1 milyon tondan çox yük daşınıb

Bakı. Trend:

2023-cü ilin yanvar-mart aylarında Ukraynadan Türk limanlarına 2 milyon 646 min 937 ton yük daşınıb. Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Ukraynadan limanlara 137min 401 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 2 milyon 420 min 755 ton yük çatdırıb.

Bu müddət ərzində Ukrayna bayraqlı gəmilərlə Türkiyə limanlarına 88 min 781 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-mart aylarında Türkiyə limanlarına Ukraynadan 32min 887 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin mart ayında Türkiyə limanları 31 milyon 918 min 316 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 314 min 457 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 603 min 859 ton olub.

Bununla yanaşı, 2023-cü ilin mart ayında Türkiyə limanlarından 6 milyon 158 min 839 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-mart aylarında Türkiyə limanları 91 milyon 557 min 143 ton yük qəbul edib.

2023-cü ilin yanvar-mart aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 6 milyon 474 min 522 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 85 milyon 82 min 621 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-mart aylarında Türkiyə limanlarından 18 milyon 304 min 620 ton transit yük daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti