...

Türkiyədə TOGG akkumlyatorlarının istehsal ediləcəyi mərkəzin təməli qoyulacaq

İqtisadiyyat Materials 20 Aprel 2023 17:02 (UTC +04:00)
Türkiyədə TOGG akkumlyatorlarının istehsal ediləcəyi mərkəzin təməli qoyulacaq

Bakı. Trend:

Türkiyənin Kocaeli vilayətində ölkənin ilk yerli avtomobili TOGG üçün akkumlyatorların istehsal ediləcəyi mərkəzin təməli qoyulacaq.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, təməlqoyma mərasimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

TOGG-un elektrik krossover SUV C seqmentinin və elektrik sedanın prototipləri 2019-cu ilin dekabrında təqdim edilib.

Bu ilin 14 mart tarixində Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG-un qiymətləri açıqlanıb.

“TX10” adı daşıyan avtomobilin başlanğıc dəyəri 953 min lirədir, TOGG transmissiyaya görə, üç fərqli model təklif edib.

V1 RWD Standart avtomobilin qiyməti 953 min lirə, V2 RWD Standart avtomobilin qiyməti 1 milyon 55 min lirə, V2 RWD Uzun mənzilli avtomobilin qiyməti 1 milyon 215 min lirədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti