...

Türkiyədə dəmiryolu nəqliyyatı üzrə 30-a yaxın layihə həyata keçiriləcək

İqtisadiyyat Materials 20 Aprel 2023 17:12 (UTC +04:00)
Türkiyədə dəmiryolu nəqliyyatı üzrə 30-a yaxın layihə həyata keçiriləcək

Bakı. Trend:

2023-cü ildə Türkiyədə dəmiryolu nəqliyyatı üzrə 25 layihə həyata keçiriləcək.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, dövlət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrin ümumi dəyəri 60,1 milyard lirədir.

“Bu il həyata keçirilməsi nəzərdə tutulan layihələrin bir qismi xarici kredit vəsaiti ilə reallaşdırılacaq. Xarici kreditin ümumi məbləği 22 milyard lirədir” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki,2023-cü ildə Türkiyədə nəqliyyat və informasiya sahəsində 778 layihə həyata keçiriləcək.

Nazirlikdən qeyd olunub ki, həyata keçirilməsi nəzərdə tutulan layihələrin ümumi dəyəri, 121,7 milyard lirədir.

“Bu il həyata keçirilməsi nəzərdə tutulan layihələrin bir qismi xarici kredit vəsaiti ilə reallaşdırılacaq. Xarici kreditin ümumi məbləği 22,1 milyard lirədir” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, keçən il Türkiyədə nəqliyyat və informasiya layihələrinə ümimilikdə 2,1 trilyon lirə dəyərində vəsait ayırılıb ki, bunlardan 502,5 milayrd lirə xarici kreditdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti