...

Çin və Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsi artıb

İqtisadiyyat Materials 20 Aprel 2023 17:25 (UTC +04:00)
Çin və Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsi artıb

Bakı. Trend:

Mərkəzi Asiya ölkələri ilə Çin arasında ticarət dövriyyəsi 2022-ci il ərzində 31,9 faiz artaraq 32 milyard dolları ötüb.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bunu Qazaxıstanın ticarət və inteqrasiya naziri Serik Jumanqarin aprelin 18-də keçirilən Çin+ Mərkəzi Asiya (C+C5) onlayn görüşündə, may ayında keçiriləcək Çin+ Mərkəzi Asiya (C+C5) sammiti haqqında çıxışı zamanı deyib.

Jumanqarinin sözlərinə görə, Qazaxıstan və Çin arasında ticarət dövriyyəsi ötən il rekord həddə çatıb və 24 milyard dolları keçib.

"Qazaxıstan məhsullarının Çinə ixracı artaraq 13,2 milyard dollara çatıb. Eynilə, Qazaxıstanda da Çin mallarına tələbat artıb və idxal 33,5 faiz artaraq 11 milyard dollara çatıb",- deyə nazir bildirib.

Jumanqarin elektron ticarətin inkişafı, regionun nəqliyyat əlaqələrinin artırılması, ixrac və tranzit şəraitinin yaxşılaşdırılması, regionlararası və sərhədyanı əməkdaşlığın sürətləndirilməsinin vacibliyini qeyd edib.

Nazir Qazaxıstan məhsullarının Çin bazarında birgə tanıtımını təşkil etməyi təklif edib və görüşdə iştirak edən investorları sənaye əməkdaşlığına dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti