...

Azatlı bələdiyyəsi mədəniyyət mərkəzinin tikintisi üzrə tender elan edib

İqtisadiyyat Materials 25 Aprel 2023 18:44 (UTC +04:00)

Bakı. Trend:

Azatlı bələdiyyəsi Azatlı şəhər mədəniyyət mərkəzinin tikintisi üzrə tender elan edib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Mədəniyyət mərkəzinin tikintisi işinin başa çatdırılması üzrə son tarix tenderin nəticələrinin açıqlanmasından 240 gün sonradır.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 9 may 2023-cü il, Türkiyə vaxtı ilə saat 10:30-a qədər “Azatlı Belediyesi Toplantı Salonu” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir.

Əlaqə nömrəsi : (+90) 388 424 01 50 - 388 424 01 51

Məqalədə:
Xəbər lenti

Xəbər lenti