...

Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı artıb

İqtisadiyyat Materials 26 Aprel 2023 16:59 (UTC +04:00)
Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan MR-də qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,3 dəfə artıb

Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-mart aylarında muxtar respublikada 1.441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 87,6 faizi fiziki şəxslər, 12,4 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,3 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 36 dəfə artıb.

Cari ilin birinci rübündə kommersiya qurumlarının 40%-i elektron qaydada, 60%-i kağız daşıyıcılar vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti